Dərslər fransalı müğənnilər və peşəkar instrumentalçılar üçün nəzərdə tutulub Dərslər fransalı müğənnilər və peşəkar instrumentalçılar üçün nəzərdə tutulub

Fransada Azərbaycan muğamı tədris ediləcək - FOTOLAR

Dərslər fransalı müğənnilər və peşəkar instrumentalçılar üçün nəzərdə tutulub

Fransanın Britaniya regionunda Azərbaycan muğamı və xalq çalğı alətləri tədris ediləcək.

Təlim kurslarına bu il dekabrın 11-də Brest şəhərində start veriləcək və daha sonra Van şəhərində davam etdiriləcək.

Azərbaycan muğamının incəliklərini fransalılara dünya şöhrətli muğam ustası Fərqanə Qasımova, xalq çalğı alətlərini isə klarnet, zurna və balaban ifaçısı Səddam Novruzbəyov tədris edəcəklər.

Dərslər fransalı müğənnilər və peşəkar instrumentalçılar üçün nəzərdə tutulub.

Xatırladaq ki, Səddam Novruzbəyov dəfələrlə "France inter" radiosunda "Clara Yse" qrupunun üzvləri ilə birgə qərb musiqi alətlərini Azərbaycan musiqisinə məxsus milli çalarlarla balabanda müşayiət edib. O, "Clara Yse" qrupunun bu yaxınlarda işıq üzü görmüş albomunda yer alan 5 mahnısının 2-də balaban, 2-də klarnet və birində tütək ifa edib.(report.az)

AzNews.az

image description image description