Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb

“Yuğ”un səhnəsində “Lənət”

Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb

“Yuğ” Teatrı yeni tamaşanın təqdimatına hazırlaşır.

AzNews.az xəbər verir ki, teatr V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşasını təqdim edəcək. Oktyabrın 26-da nümayiş olunacaq tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə teatrın aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.

Tamaşada əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoqinya York, Riçardın anası, Kölgə) çıxış edəcək.

Bahar RÜSTƏMLİ

AzNews.az