- Mədəni adam
- 29 Oktyabr 2019 11:38
- 5 778
Musiqili Teatrda "999-cu gecə"yə baxacaqlar
Tamaşa “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “999-cu gecə” tamaşası nümayiş olunacaq.
AzNews.az xəbər verir ki, noyabrın 2-də nümayiş olunacaq tamaşa “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir.
Tamaşada əsas rolları əməkdar artist Novruz Qartal, aktyorlar Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər. Gözlənilməz situasiyalarla zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub.
Bahar RÜSTƏMLİ
AzNews.az