- Mədəni adam
- 29 Oktyabr 2019 12:55
- 6 352
Bəstəkarlar İttifaqının X qurultayının keçiriləcəyi tarix açıqlandı
ABİ-nin sonuncu qurultayı 2012-ci ildə keçirilib
Sabah Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) X Qurultayı keçiriləcək.
Qurultayda İttifaq sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabat məruzəsi dinləniləcək.
Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqına 21 nəfərlik yeni İdarə Heyəti, katiblik və sədr seçiləcək.
Qurultayda Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı gözlənilir.
Qeyd edək ki, ABİ-nin sonuncu qurultayı 2012-ci ildə keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadədir.
AzNews.az