Sevincim, hisslərim yazı ilə bitməz Sevincim, hisslərim yazı ilə bitməz

Xalq artistinin qızı Prezidentə təşəkkür etdi - "Bizə sevincli anlar yaşatdınız"

Sevincim, hisslərim yazı ilə bitməz

Xalq artisti Rafael Dadaşovun ailəsi Prezident İlham Əliyevə təşəkkür edib.

AzNews.az xəbər verir ki, aktyorun müğənni qızı Səidə Dadaşova Prezident İlham Əliyevin Xalq artistinin "Şöhrət" ordeni ilə təltif edilməsi ilə bağlı sərəncamdan danışıb:

“Hörmətli Prezident İlham Əliyev və 1-ci Vitse Prezident Mehriban Əliyeva! Bizə sevincli anlar yaşatdınız. Xalqın sevimlisi, əvəzolunmaz insan, aktyor, ata "Şöhrət" ordeni ilə təltif edilib. Sevincim, hisslərim yazı ilə bitməz. Allah hər kəsin zəhmətini mükafatsız qoymasın. Canım atam, səni təbrik edirik. Sənət insanlarına dəyər verən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Dram Teatrının 100 illik yubileyi münasibəti ilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Dadaşov Rafael Məlik oğlu, Quliyev Nurəddin Əzulla oğlu, Məlik Ramiz Ağarza oğlu "Şöhrət” ordeni ilə təltif edilib.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description