- Mədəni adam
- 30 Oktyabr 2019 12:16
- 6 876
Xalq artisti İlham Əliyevə təşəkkür etdi - "Mənə tarixi gün yaşatdı"
Bu məsələdə Mehriban xanım Əliyevanın xidməti danılmazdır
“Bu, mənə deyil, Azərbaycan Prezidentinin teatr sənətinə verdiyi yüksək dəyərdir”.
Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nurzadə Prezident İlham Əliyevin Dram Teatrının 100 illik yubileyi münasibəti ilə bir qrup sənət adamının fəxri adlarla təltif etdiyi sərəncamı şərh edərkən deyib.
Aktyor sevincindən ağladığını da gizlətməyib:
“Teatrımızın 100 illik yubileyi münasibəti ilə Azərbaycan Prezidenti dünən bizə yüksək bayram əhval-ruhiyyəsi yaşatdı. Dünyanın bir neçə ölkəsindən qonaqlarımız vardı. Hansı ki, həmin qonaqlar təmsil etdikləri ölkənin mədəniyyət sahəsində yüksək vəzifə sahibləridir. Çox sevinirəm, hətta sevincdən başımı itirmişəm. Mənə verilən “Xalq artisti” fəxri adına görə Azərbaycan prezidenti İlham Əliyev, 1-ci vitse prezident Mehriban xanım Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev və Prezident Adminstrasiyasında olan rəhbər şəxslərin hər birinə minnətdaram. Bu məsələdə Mehriban xanım Əliyevanın xidməti danılmazdır. Onun köməkçisi mənimlə əlaqə yaradaq problemlərimlə maraqlanıb. Onların hər birinə teleqram vurub təşəkkürümü çatdıracam”.
Bahar RÜSTƏMLİ
AzNews.az