Sizə bu şərəfli işinizdə ən yüksək zirvələr arzulayıram Sizə bu şərəfli işinizdə ən yüksək zirvələr arzulayıram

Xalq artisti: İslahatlar xalq tərəfindən sevinclə qarşılanır

Sizə bu şərəfli işinizdə ən yüksək zirvələr arzulayıram

Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik Prezident İlham Əliyevə təşəkkür edib.

AzNews.az xəbər verir ki, aktyor ölkə başçısının apardığı islahatların xalq tərəfindən yüksək qarşılandığını qeyd edib:

"Azərbaycan teatr sənətinin inkişafında xidmətlərimə görə məni “Şöhrət” ordeni təltif etdiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Sizin Azərbaycan teaetrının inkişafında misilsiz xidmətləriniz, müstəqil Azərbaycanımızın inkişafı naminə apardığınız möhtəşəm islahatlar bütün xalq tərəfindən sevinclə qarşılanır. Apardığınız daxili, xarici siyasət Azərbaycanımız qabağcıl dünya ölkələri sırasına çıxarıb. Xalqımız bununla fəxr edir. Sizə bu şərəfli işinizdə ən yüksək zirvələr arzulayıram”.

Qeyd edək ki, Prezident İlham Əliyev Dram Teatrının 100 illiyi ilə əlaqədar sərəncam imzalayıb. Həmin sərəncama görə, aktyor Ramiz Məlik "Şöhrət" ordeni ilə təltif edilib.

Bahar RÜSTƏMLİ

AzNews.az