İLESAM - Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi 1986-cı ildə təsis edilib İLESAM - Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi 1986-cı ildə təsis edilib

İlham Rəhimova “Türk Dünyası Onur Medalı” təqdim olundu

İLESAM - Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi 1986-cı ildə təsis edilib

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM) tərəfindən beynəlxalq “Türk Dünyası Onur Medalı”na layiq görülüb.

Bu gün həmin mükafat İLESAM-ın Azərbaycan təmsilçisi və Beynəlxalq Əlaqələr bölməsinin rəhbəri Xəyal Rza tərəfindən professor İlham Rəhimova təqdim olunub.

İ.Rəhimov bu mükafata görə qurumun rəhbərliyinə minnətdarlığını bildirib:

“Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyinin Türk dünyası üçün önəmli layihələr həyata keçirdiyindən məlumatlıyam. Ona görə də, İLESAM-ın məni layiq gördüyü “Türk Dünyası Onur Medalı”nı şəxsimə verilən yüksək mükafat hesab edirəm”.

Qeyd edək ki, İLESAM - Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi 1986-cı ildə təsis edilib və Türkiyənin Mədəniyyət Nazirliyinə bağlı üç min beş yüz üzvü olan böyük təşkilatdır.

Azərbaycanın bir çox qurumları ilə də əməkdaşlıq edən İLESAM Türk dünyası üçün önəmli layihələrə imza atıb. Artıq bir neçə ildir ki, oktyabrın 18-də - Müstəqillik günündə Beynəlxalq “The Frist” Mükafatları tədbirində İLESAM-ın “Türk Dünyası Onur Medal”ları da təqdim olunur.

AzNews.az