Rafiq Həşimov: Bu zəngin mədəniyyəti daim qorumaq və inkişaf etdirmək mənəvi borcumuzdur Rafiq Həşimov: Bu zəngin mədəniyyəti daim qorumaq və inkişaf etdirmək mənəvi borcumuzdur

Berlində azərbaycanlı jurnalist alman aktrisa ilə Vazehin şeirlərini oxudu

Rafiq Həşimov: Bu zəngin mədəniyyəti daim qorumaq və inkişaf etdirmək mənəvi borcumuzdur

Məhşur “Berlin Q Gallery” incəsənət mərkəzində “Xalq Bank”ın “Xalq Əmanəti” layihəsi əsasında dərc olunan, Mirzə Şəfi Vazehin bütün əsərlərinin toplandığı kitabın təqdimatı olub.

“Xalq Əmanəti” layihəsinin rəhbəri, jurnalist Rafiq Həşimov 2010-cu ildən bu layihənin həyata keçirildiyini bildirib. Qeyd edib ki, layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi daşıyır.

“Bu zəngin mədəniyyəti daim qorumaq və inkişaf etdirmək mənəvi borcumuzdur. Ötən zaman ərzində tanınmış Azərbaycan rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Ələkbər Rzaquliyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk və Qorxmaz Sücəddinov, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim, numizmat professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı və 3 cildlik “Aşıq ədəbiyyatı antologiyası” işıq üzü görüb. Layihənin növbəti 18-ci nəşri böyük Azərbaycan şairi, mütəfəkkiri Mirzə Şefi Vazehin yaradıcılıq irsinə həsr olunub”, - deyə R.Həşimov qeyd edib.

Sonra Rafiq Həşimov və alman aktrisa Kristyina Foqt ədibin şeirlərindən parçaları Azərbaycan və alman dillərində söyləyiblər.

Sonda Vazeh poeziyasını özündə əks etdirən musiqi parçaları səsləndirilib.

AzNews.az

image description image description image description image description image description