Nizami Kino Mərkəzində filmlərə giriş sərbəstdir Nizami Kino Mərkəzində filmlərə giriş sərbəstdir

10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır

Nizami Kino Mərkəzində filmlərə giriş sərbəstdir

Noyabrın 6-da saat 18:30-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Filmlər 6,7,8,9 noyabr tarixlərində saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.

Festivalın bağlanış-mükafatlandırma mərasimi isə 9 noyabr saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

"Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutur.

AzNews.az