Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Mehriban Ələkbərzadədir Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Mehriban Ələkbərzadədir

"Yuğ"da yeni tamaşa - “Müəmmalı bir qətlin üç versiyası”

Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Mehriban Ələkbərzadədir

“Yuğ” Teatrında yeni tamaşanın təqdimatı olacaq.

AzNews.az xəbər verir ki, teatr R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşaya quruluş verib.

Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir.

Səhnə əsərində əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov və Elşən Əsgərov rol alıb.

Bahar RÜSTƏMLİ

AzNews.az