Jak Şirakın prezidentliyi dövründə ondan iki dəfə müsahibə almağın hədsiz sevinci və böyük şərəfi mənə nəsib olub Jak Şirakın prezidentliyi dövründə ondan iki dəfə müsahibə almağın hədsiz sevinci və böyük şərəfi mənə nəsib olub

Bakılı jurnalistin Jak Şirak haqqında filminin Avropa premyerası oldu

Jak Şirakın prezidentliyi dövründə ondan iki dəfə müsahibə almağın hədsiz sevinci və böyük şərəfi mənə nəsib olub

Parisdə Mixail Qusmanın Jak Şirak haqqında filminin Avropa premyerası olub.

TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, “Hakimiyyət formulu. Jak Şirak. Sözardı” filmini ilk dəfə olaraq fransız mədəniyyət və elm xadimləri, Paris sülh forumunun və “Trianon dialoqu” vətəndaş cəmiyyətinin Franko-Rusiya forumunun iştirakçıları izləyiblər. Yarımsaatlıq sənədli film alqışlarla qarşılanıb.

“Bu film sentyabrın sonunda həyatdan köçmüş görkəmli dövlət xadimi və insan haqqındadır”, - deyə Mixail Qusman bildirib. TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini xatırladıb ki, fransız siyasətçinin vəfatından bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin “əcnəbi həmsöhbətlərindən kimin onda ən güclü təəssürat oyatması” barədə sualına cavab verərkən Jak Şirakın adını çəkmişdi.

Mixail Qusmanın müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə müsahibəsinə əsaslanan “Hakimiyyət formulu” proqramı Rusiya televiziyasına 2000-ci ildən çıxır. Bu müddətdə 400-dək film çəkilib. “Jak Şirakın prezidentliyi dövründə ondan iki dəfə müsahibə almağın hədsiz sevinci və böyük şərəfi mənə nəsib olub. Bu, unikal vəziyyətdir. Bildiyimə görə, Fransanın özündə belə bu böyük prezidentdən iki dəfə müsahibə almaq şərəfi çox az adama nəsib olub”, - deyə Mixail Qusman qeyd edib.

Jak Şirak 1995-ci ildən 2007-ci ilədək Fransanın Prezidenti olub. O, bu il sentyabrın 26-da vəfat edib. Parisin Monparnas qəbiristanlığında dəfn olunub.

AzNews.az