Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələcək Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələcək

Əminə Dilbazinin 100 illiyi keçiriləcək

Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələcək

Xalq artisti, görkəmli rəqs ustası Əminə Dilbazinin anadan olmasının 100 illiyi qeyd olunacaq.

AzNews.az xəbər verir ki, tədbir dekabrın16-da Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələcək.

Yubiley gecəsində Azərbaycan Dövlət Rəqs Ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Suxişvili adına Gürcüstan Milli Baleti, “Ləzginka” Dağıstan Dövlət Akademik Rəqs Ansamblı, “Alan” Dövlət Akademik Rəqs Ansamblı (Şimali Osetiya-Alaniya), Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının balet truppası və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak edəcəklər.

Bahar RÜSTƏMLİ

AzNews.az