Mənzil sənətçinin 60 illik yubileyinə hədiyyədir Mənzil sənətçinin 60 illik yubileyinə hədiyyədir

Prezident Bilal Əliyevə mənzil hədiyyə etdi

Mənzil sənətçinin 60 illik yubileyinə hədiyyədir

Prezident İlham Əliyev Xalq artisti Bilal Əliyevə mənzil hədiyyə edib.

AzNews.az xəbər verir ki, bu barədə sənətçinin özü məlumat verib:

"Bu gün bizim ailəmizin sevincinin həddi-hüdudu yoxdur. Təmirsiz, șəraitsiz evdə yașamağımı və 60 illik yubileyimi nəzərə alaraq mənzil hədiyyə etdiyinizə görə bütün ailəmiz, bütün Bilal Əliyev sənətini sevənlər adından İlham Əliyevə sonsuz minnətdarlığımı bildiririk. Allah Prezidentimizi qorusun. Allah onu bizim bașımızdan hec vaxt əskik etməsin".

Qeyd edək ki, Xalq artisti Bilal Əliyevin 60 yaşı tamam olub.

Bahar RÜSTƏMLİ

AzNews.az