Konsertdən əvvəl Şövkət Ələkbərovanın ifasında “Qaragilə” mahnısı səsləndirilib Konsertdən əvvəl Şövkət Ələkbərovanın ifasında “Qaragilə” mahnısı səsləndirilib

Şövkət Ələkbərovanın xatirə gecəsi keçirildi

Konsertdən əvvəl Şövkət Ələkbərovanın ifasında “Qaragilə” mahnısı səsləndirilib

Xalq artisti, mərhum sənətkar Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib.

AzNews.az xəbər verir ki, gecədə Şövkət Ələkbərovanın repertuarında yer alan muğamlar, xalq və bəstəkar mahnıları Xalq və Əməkdar artistlərinin, tanınmış müğənnilərin ifasında səsləndirilib.

Konsertdən əvvəl təqdim olunan videoçarxda Şövkət Ələkbərovanın ifasında “Qaragilə” mahnısı səsləndirilib. Konsertdə Gülüstan Əliyeva, Vəfa Vəzirova, Aytən Məhərrəmova, Xalq artistləri Bəyimxanım Vəliyeva və Gülyanaq Məmmədova, “Məhəbbət”, “Bakının işıqları”, “Arzuya bax sevgilim”, “Sevgilim tut əlimdən” və digər mahnıları ifa ediblər.

İfaçıları Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri və Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı müşayiət edib.

Bahar RÜSTƏMLİ

AzNews.az