Türk Tarix Qurumunun sədrinə Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunacaq

Tədbir noyabrın 29-u saat 10:00-da AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) baş tutacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Türk Tarix Qurumunun sədri, professor Rəfiq Turan ilə görüş olacaq.

Tarix İnstitutundan verilən məlumata görə, görüşdə görkəmli türkiyəli alimə institutun fəxri doktoru diplomu təqdim olunacaq.

Tədbir noyabrın 29-u saat 10:00-da AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

AzNews.az