"Türk dünyası"nın ilk nömrəsi üçün artıq məqalə qəbulu başlayıb "Türk dünyası"nın ilk nömrəsi üçün artıq məqalə qəbulu başlayıb

"Türk dünyası" adlı elmi jurnal yaradıldı

"Türk dünyası"nın ilk nömrəsi üçün artıq məqalə qəbulu başlayıb

"Azərbaycan Dil Qurumu" İctimai Birliyi "Türk dünyası" adlı elmi jurnal təsis edib.

AzNews.az xəbər verir ki, jurnalın elmi redaktoru "Azərbaycan Dil Qurumu"nun rəhbəri, xalq şairi Sabir Rüstəmxanlıdır.

Dərginin baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Dilbər Camalidir.

Jurnalda bütün türk dünyasını yaxından maraqlandıran mövzularda (dilçilik, türkologiya, tarix, etnoqrafiya, mədəniyyət və incəsənət) orijinal məqalələr dərc olunacaq.

"Türk dünyası"nın ilk nömrəsi üçün artıq məqalə qəbulu başlayıb.

Dilçilik, türkologiya, tarix, etnoqrafiya, mədəniyyət və incəsənətə dair məqalələri turkdunyasi66@gmail.com e-poçtuna göndərmək olar.

AzNews.az