Həkimlər ona oksigen çatışmazlığı diaqnozu qoyublar Həkimlər ona oksigen çatışmazlığı diaqnozu qoyublar

Rəfael Dadaşovun vəziyyəti pisləşdi - reanimasiyadadır

Həkimlər ona oksigen çatışmazlığı diaqnozu qoyublar

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rəfael Dadaşovun səhhəti ağırlaşıb.

Bu barədə AzNews.az-a aktyorun yaxınları məlumat verib.

Aktyorun ailə üzvlərinin verdiyi məlumata görə, o, hazırda Neftçilər xəstəxanasının reanimasiya şöbəsindədir:

“Rəfael müəllimin vəziyyəti yaxşı deyil. Həkimlər ona oksigen çatışmazlığı diaqnozu qoyublar. Bundan başqa ürəyində və ağ ciyərində çoxlu problemləri var. Vəziyyəti çox pisdir”.

Bahar RÜSTƏMLİ

AzNews.az