Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir

YUĞ Teatrında “Vəsvəsə" olacaq

Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir

YUĞ Teatrında tanınmış Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış “Vəsvəsə” tamaşası təqdim olunacaq.

AzNews.az xəbər verir ki, dekabrın 14-də təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.

Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.

Bahar RÜSTƏMLİ

AzNews.az