Tədbirdə “Nəsimi” adlı kompozisiya səsləndiriləcək Tədbirdə “Nəsimi” adlı kompozisiya səsləndiriləcək

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan yekun tədbir keçirəcək

Tədbirdə “Nəsimi” adlı kompozisiya səsləndiriləcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan ilin yekun tədbirini keçirəcək.

Bu barədə AzNews.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmisi Səfayə Əhmədova məlumat verib.

O, qeyd edib ki, dekabrın 10-da Baş İdarənin Konfrans zalında “Bir əsrlik Nəsimi araşdırmaları” adlı kitabın təqdimatı və eyni adlı elmi-praktik konfrans təşkil olunacaq.

Təqdimatda “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Elmi redaktor akademik Rafael Hüseynov və nəsimişünas alimlərin çıxışları nəzərdə tutulub.

Sonda Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “Nəsimi” adlı kompozisiya səsləndiriləcək.

Bahar RÜSTƏMLİ

AzNews.az