O, həmin fotoaparatla Vətən müharibəsini çəkib O, həmin fotoaparatla Vətən müharibəsini çəkib

Məşhur fotojurnalist fotoaparatını satmaq istəyir

O, həmin fotoaparatla Vətən müharibəsini çəkib

Məşhur fotojurnalist Rza Diqqəti fotoaparatını satıb əldə edəcəyi vəsaiti “YAŞAT” fonduna köçürmək niyyətindədir.

Bu barədə soydaşımız bir sıra yerli KİV-lərin rəhbərlərilə görüşündə bildirib.

Onun dediyinə görə, həmin fotoaparatla Vətən müharibəsini çəkib.

“Hərbçilərlə səngərlərdə olmuşam, onlarla bir yerdə çörək yemişik. Odur ki, şəhid övladları elə öz övladlarım kimidir mənim üçün”, - R.Diqqəti kövrək halda bildirib. (report)

AzNews.az