Anar Kərimov məlumat verib Anar Kərimov məlumat verib

"Bülbülün ev muzeyinin bərpası ilə bağlı layihə hazırlanır"

Anar Kərimov məlumat verib

Bülbülün ev muzeyinin bərpası ilə bağlı layihə hazırlanır.

Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, layihə təsdiq olunandan sonra onun bərpa işləri də nəzərdən keçiriləcək:

"Bildiyiniz kimi Polad Bülbüloğlu oranı ziyarət etmişdi. Muzeyin bərpasının Polad Bülbüloğlunun hesabına, yoxsa dövlət hesabına olunacağı danışıqlardan sonra müəyyən olunacaq".