"Üç gündür sistemlərin hesabına həyatda qalır" "Üç gündür sistemlərin hesabına həyatda qalır"

Xalq artisti komaya düşüb

"Üç gündür sistemlərin hesabına həyatda qalır"

"Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb".

Bunu "Report"a açıqlamasında sənətçinin oğlu Sabir Əkbərov deyib.

"Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır", - o bildirib.