- Mədəni adam
- 12 Fevral 2022 15:12
- 13 498
Xanəndə Əhməd Cəbrayılov vəfat edib
Bu barədə mərhumun dostları sosial şəbəkə hesablarında məlumat veriblər
Azərbaycanın muğam ifaçısı Əhməd Cəbrayılov vəfat edib.
Aznews.az xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkə hesablarında məlumat veriblər.
Qeyd edək ki, Əhməd Cəbrayılov ilk musiqi təhsilini Ağdamda Şahmalı Kürdoğlundan alıb. O, Birinci Qarabağ müharibəsində iştirak edərək yaralanıb. Daha sonra Moskvaya köçüb və orada yaşayıb.