- Mədəni adam
- 16 Aprel 2022 13:54
- 12 712
Gürcü müğənni: "Şuşaya həyatın qayıtdığını görmək çox sevindiricidir"
Bunu Gürcüstan mədəniyyət xadimləri, alimləri, blogerləri ilə Şuşaya gələn müğənni Giorgi Naniaşvili bildirib
“Azad olunmuş Şuşaya həyatın qayıtdığını görmək çox sevindiricidir”.
Aznews.az xəbər verir ki, bunu Gürcüstan mədəniyyət xadimləri, alimləri, blogerləri ilə Şuşaya gələn müğənni Giorgi Naniaşvili bildirib.
“Şəhərdən aldığım təəssürat çox fərqlidir. Buradakı dağıntıları görsək də, şəhərdə aparılan bərpa və quruculuq işlərinə, Şuşaya həyatın qayıtmasına şahid olmaq çox sevindiricidir” – qonaq qeyd edib.
“Azərbaycana səfərimizin üçüncü günüdür. Mədəniyyətinizlə daha yaxından tanış olmağa şadıq. Bizi çox mehriban qarşılayırlar” – deyən müğənni Azərbaycana, Gürcüstana, ümumiyyətlə bütün ölkələrə sülh və əmin-amanlıq arzu etdiyini də nəzərə çatdırıb.