Sonda tədbir iştirakçılarına yazıçının "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib Sonda tədbir iştirakçılarına yazıçının "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib

Yunus Oğuzun "Cığır" romanı Azərbaycanı gəzir

Sonda tədbir iştirakçılarına yazıçının "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib

Sentyabrın 1-də Astara rayonunda tarixi romanlar yazarı, publisist Yunus Oğuzun şəhid ailələri və qazilərlə görüşü keçirilib. Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın -"Cığır"in da müzakirə olunduğu tədbirdə icra hakimiyyətinin məsul işçisi Fəhmin Qurbanov və Astara rayonu Şüvü kənd kitabxana filialının müdiri Ceyhun Babayev iştirak ediblər. Tədbirdə Vətən müharibəsi qəhrəmanı şəhid Əli Feyziyevin anası Rəvayət Feyziyeva, Vətən müharibəsi qəhrəmanı şəhidinin bacısı Aysel Əkbərova və Vətən müharibəsinin qaziləri iştirak ediblər. Tədbirin aparıcısı Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov Yunus Oğuzun həyat və yaradıcılığı haqqında iştirakçılara, şəhid ailələri və qazilərə məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.

Tədbirin sonunda şəhid və qazi ailələrinə "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

Sonra Yunus Oğuz Lənkəran şəhərində ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilərlə görüşüb. Görüşdə Lənkəran şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, eləcə də Lənkəran şəhəri üzrə Regional Mədəniyyət Mərkəzinin direktoru Şahin Şahbazov, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin ədəbi məsləhətçisi, şair Ağamir Cavad və Lənkəran rayonunun Ləj kənd sakini, 1995-ci il 17 mart hadisələri zamanı Bakı şəhərində şəhid olan Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev iştirak ediblər.

Lənkəran şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafova tarixi romanlar müəllifinin şəhid ailələri və qazilərlə görüşünün əlamətdar hadisə olduğunu vurğulayıb. Bildirib ki, qələm adamları ilə hər təmas şəhid ailələri və qazilərimizin yaddaşında dərin iz buraxır. Diqqətə çatdırılıb ki, Yunus Oğuzun əsərləri mahiyyət etibarilə insanların xarakterinin və oxucuların dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynayır. Obrazların daxili aləminin açılmasında vasitə olan bu əsərlərdə təkcə hadisələr təsvir edilmir, həm də bu və ya digər hadisənin timsalında islah ediləsi xarakterlər, dünyagörüşlər də təqdim olunur. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Yunus Oğuzun tarixi romanları, Qarabağ müharibəsi qəhrəmanları haqqında yazdığı əsərlər gənclərin vətənpərvərlik ruhunun tərbiyəsində əhəmiyyətli rol oynayır.

Müəllifin "Cığır" kitabı haqqında tədbir iştirakçılarına məlumat verilərək bildirilib ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrının ustadlarından olan Yunus Oğuz Azərbaycan tarixinin təbliği və gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır. Xatırladılıb ki, onun "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur- zirvəyə doğru", "Əmir Teymur- dünyanın hakimi", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu", "Səfəvi Şeyxi" tarixi romanları bu silsilədən olan əsərlərdir.

Yunus Oğuz çıxış edərək, onunla görüş təşkil etdiklərinə görə Lənkəran rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib.

Sonda tədbir iştirakçılarına yazıçının "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

image description image description image description image description