- Mədəni adam
- 13 Oktyabr 2022 15:30
- 10 079
AYB-nin qurultayının keçiriləcəyi yer və vaxt açıqlanıb
Qurultay nümayəndlərinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək
Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı 26 oktyabr saat 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
Bu barədə AzNews.az AYB-nin saytına istinadən xəbər verir.
Qeyd edilib ki, Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək. 26 oktyabr saat 9-da Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək. Qurultay nümayəndlərinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək.