Yeni sədr seçiləcək Yeni sədr seçiləcək

Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçirilir

Yeni sədr seçiləcək

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilir.

Aznews.az xəbər verir ki, əvvəlcə qurultay iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Sonra qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında öz işinə başlayıb.

Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edir.

Qeyd edək ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.