Yazıçılar Birliyinin XIII qurultayında deyib Yazıçılar Birliyinin XIII qurultayında deyib

Nazir: Əminəm ki, qələbə ruhunu aşılayan əsərlər yazılacaq

Yazıçılar Birliyinin XIII qurultayında deyib

Yazıçılar Birliyi əsrlər boyu mübarizə, əzmkarlıq, azadlıq ruhunun, milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik dəyərlərinin aşılanmasında fəal iştirak edib.

Aznews.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında çıxışı zamanı deyib.

Nazir bu ənənənin bundan sonra da davam edəcəyinə inandığını qeyd edib:"Əminəm ki, Cənab Prezident İlham Əliyevin də dediyi kimi, AYB əsrlər boyu mübarizə, azadlıq ruhunun, milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik dəyərlərinin aşılanmasında iştirak edəcək, bu müqəddəs rolu davam etdirəcəkdir".

Anar Kərimov ədəbiyyatın qələbə ruhuna töhfəsi məsələsinə də toxunub: "Mən ümid edirəm ki, şanlı zəfərimizdən sonra qələbə ruhunun cəmiyyətimizə, övladlarımıza aşılanmasında, onların tərbiyə edilməsinə ciddi stimul və təkan verən önəmli əsərlər yazılacaq".