Aydın olaq, geriyə boylanaq və irəliyə baxaq Aydın olaq, geriyə boylanaq və irəliyə baxaq

AYB-nin qurultay nümayəndəsindən Anara dəstək

Aydın olaq, geriyə boylanaq və irəliyə baxaq

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair-publisist Azadə Novruzova Azərbaycan Yazıçılarının XIII Qurultayı ilə bağlı danışıb.

Aznews.az xəbər verir ki, o, bu haqda əməkdaşımıza danışıb.

A. Novruzova, Xalq yazıçısı Anarı yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilməsi münasibətilə təbrik edib, böyük azərbaycanlı yazıçısına bu ucalığında can sağlığı arzulayıb: "Vətəni sevmək, ondan ötrü candan keçmək və onun gələcəyi uğrunda daim mübarizədə olan Anar müəllimi həmişə milli məfkurəmizin keşiyində öndə olan əsgər kimi görmüşəm. Heç nədən çəkinmədən, qorxmadan xalqın mövqeyinin müdafiəçisi olub. Haqqı danmaq, görməmək nadanlıqdır. Aydın olaq, geriyə boylanaq və irəliyə baxaq. Hörmətli Anar müəllim istər dünənimizdən, istər bu günümüzdən, istərsədə sabahımızdan xalqımızın üzünə həmişə ziya saçacaq. Onun ziyası dörd bir tərəfdən qaranlıqları aydınladacaq. Mərd, səbrli, uzaqgörən, təmkinli, birləşdirən, xalqın özünəməxsusluğunu mühafizə edən, qoruyan Anar müəllim, Allah Sizi qorusun! Uğurlar!"

Aznews.az