Naxçıvanda Uzunoba Su Anbarının ətrafında iməcilik keçirilib. Naxçıvanda Uzunoba Su Anbarının ətrafında iməcilik keçirilib.
  • Mahal
  • 20 Noyabr 2018 09:16
  •  1 100

Vasif Talıbov iməcilikdə - Foto

Naxçıvanda Uzunoba Su Anbarının ətrafında iməcilik keçirilib.

NMR-nın Ali Məclisinin sədri Vasif Talıbovun da qatıldığı iməcilikdə Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri iştirak ediblər. Kollektivlər 4,5 hektar sahədə meyvə bağı salıblar. Əraziyə 3300 ədəd tut, badam, ərik, alma, iydə və üzüm tingi əkilib, sumaq, həmərsin, yemişan və badamça toxumları basdırılıb.

Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib.

Ali Məclisin Sədri hava şəraitinə uyğun olaraq iməciliklərin davam etdirilməsi, yeni meyvə, xüsusilə üzüm bağlarının salınması və bərpa əkinin aparılması barədə tapşırıqlar verib.(qafqazinfo.az)

© AzNews.az