İlk kooperativin əsası qoyulub. İlk kooperativin əsası qoyulub.
  • Mahal
  • 21 Noyabr 2018 16:31
  •  1 583

680 torpaq sahibi birləşərək kooperativ yaratdı

İlk kooperativin əsası qoyulub.

Sabirabad rayonunun Yaxadəllək və Beşdəli kənd sakinləri torpaqlarını birləşdirərək ilk kooperativin əsasını qoyublar.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, 16 İyul 1996-cı il tarixdə imzalanmış “Torpaq islahatı haqqında" qanuna uyğun olaraq adları çəkilən kəndlərin sakinlərinə ümumilikdə 1 100 hektar torpaq sahəsi verilib. Bunun isə 850 hektarı “Sabirabad rayonu Birlik İstehsal Kooperativi”nin tərkibində birləşib.

Kooperativin tərkibində 133 ailənin birləşməsinə baxmayaraq, uzun illər ərzində vətəndaşlar arasında aparılan alqı-satqılar nəticəsində dövlət aktlarının sayı 198 nüsxə təşkil edir.

Kooperativdə birləşən şəxslərdən 380 nəfəri kişi, 300 nəfəri isə qadındır. 680 nəfərlik kooperativdə orta hesabla adam başına 1,25 hektar torpaq sahəsi düşür.(report.az)

© AzNews.az