Bir sıra avtobus və mikroavtobus sürücüləri müvafiq sənədləri olmadan qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. Bir sıra avtobus və mikroavtobus sürücüləri müvafiq sənədləri olmadan qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar.
  • Mahal
  • 11 Dekabr 2018 16:57
  •  1 880

Şəkidə reyd - Qaydanı pozan sürücülər saxlanıldı

Bir sıra avtobus və mikroavtobus sürücüləri müvafiq sənədləri olmadan qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar.

Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi bölməsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki regional şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə qaydaları pozan sürücülərə qarşı reyd keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, reyd zamanı məlum olub ki, bir sıra avtobus və mikroavtobus sürücüləri müvafiq sənədləri, fərqlənmə nişanları olmadan qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar.

DYP və DANX-ın əməkdaşları tərəfindən avtomobilin üst hissəsinə qanunsuz olaraq yük yeri bağlayan, sərnişindaşıma və yük daşıma qaydalarını pozan sürücülər aşkarlanıb. Ümumilikdə 25 sürücü barəsində inzibati tədbirlər görülüb.

AzNews.az