Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi xəstəxanaya yerləşdirilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi xəstəxanaya yerləşdirilib.
  • Mahal
  • 11 Dekabr 2018 23:05
  •  1 216

Salyanda velosipedçini maşın vurdu

Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi xəstəxanaya yerləşdirilib.

Salyan rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Hadisə bu gün axşam saatlarında Salyan şəhərini Babazənan yaşayış massivi ilə birləşdirən Kür çayı üzərindəki körpüdə qeydə alınıb.

Babazənan yaşayış massivinin sakini, 1981-ci il təvəllüdlü Lətifov Şahin Fəxrəddin oğlu velosipedlə hərəkətdə olarkən onu “VAZ-2106” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az