Lənkəranda intihar hadisəsi baş verib. Lənkəranda intihar hadisəsi baş verib.
  • Mahal
  • 5 Yanvar 2019 18:15
  •  1 122

Lənkəranda 57 yaşlı kişi özünü güllələdi

Lənkəranda intihar hadisəsi baş verib.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Həbibov Nazir Məmmədrza oğlu yaşadığı evdə ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Məlumata görə, N.Həbibov uzun müddətdir əsəb xəstəliyindən əziyyət çəkirmiş və bununla bağlı xəstəxanada qeydiyyatda olub. Prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib.

Faktla bağlı Lənkəran şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.