Lənkəranda təlim məqsədli tank əleyhinə mina tapılıb. Lənkəranda təlim məqsədli tank əleyhinə mina tapılıb.
  • Mahal
  • 5 Yanvar 2019 23:22
  •  1 914

Lənkəranda 2 ədəd tank əleyhinə mina tapılıb - FOTO

Lənkəranda təlim məqsədli tank əleyhinə mina tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 13:57-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsiərazisində fəaliyyət göstərən Liman sahil mühafizəsi bölməsinin xidməti ərazisində 2 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) tank əleyhinə mina (1 ədəd TM-62 və 1 ədəd TM62P3) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim minalarının ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 05 yanvar 2019-cu il tarixlərində 4 siqnal (əməliyyat çağırışı) əsasında 3 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Göygöl, Tovuz rayonları və Lənkəran şəhəri ərazisində 1 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, dəniz sahilinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib, 740 kv.m ərazi yerüstü yoxlanılıb.

AzNews.az

image description