“Evlərdən su buraxırlar küçəyə, qəza vəziyyəti yaranır”. “Evlərdən su buraxırlar küçəyə, qəza vəziyyəti yaranır”.
  • Mahal
  • 11 Yanvar 2019 16:48
  •  1 480

Sürücüləri ölümə aparan sakinlər - VİDEO

“Evlərdən su buraxırlar küçəyə, qəza vəziyyəti yaranır”.

Şəkidə sakinlərin küçəyə buraxdıqları suyun donması qəzanın baş verməsinə səbəb olub.

Şəki sakini İsmayılov Elman idarə etdiyi 55-BN-258 dövlət nömrə nişanlı avtomobillə M.F.Axundov prospektində hərəkətdə olarkən yolun buz olması səbəbilə idarəetməni itirib.

Nəticədə avtomobil sürüşərək qarşıdan gələn Elbrus Abdurrahmanovun idarə etdiyi Mersedes markalı avtomobillə toqquşub. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Ancaq hər iki avtomobilə ziyan dəyib.

Elman İsmayılov – zərərçəkən: “Yuxarı hissədən gəlirəm, orada sürət həddi də yüksək deyil. Bir adam yola çıxdı, yolun yarısına kimi gəlib qayıtdı, mən də ondan qaçırmaq üçün biraz da buz olan hissəyə keçdim. Sərt döngədə qarşıdan maşın gəlirdi. Xoşbəxtlikdən maşın gəlirdi, yoxsa çaya düşə bilərdim”.

Şəhər sakinlərin gecələr suyu küçəyə buraxması nəticəsində yaranan vəziyyətə şəhərin bir çox ərazilərində rast gəlmək olar. Nəticədə buzlu yollarda avtomobili idarə etmək çətinləşir. Qar və yağışın olmadığı bir vaxtda yolun təmizliyinə arxayın olan sürücü, onu qarşıda hansı təhlükənin gözlədiyini bilmir.

Sürücü: “Təhlükəlidir, qar yox, buz yox, birdən qarşına çıxır, “tormoz” verirsən, maşın dayanmır”.

Sürücü: “Evlərdən su buraxırlar küçəyə, qəza vəziyyəti yaranır”.

Şəki Su-Kanal TSC-də əhalini suya qənaət etməyə və bu cür təhlükənin yaşanmaması üçün məsuliyyətli olmağa çağırır. (ARB TV)

AzNews.az