• Mahal
  • 20 Yanvar 2019 17:59
  •  425

Qaxda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirildi

Tədbirdə Yanvar faciəsini doğuran səbəblər və onun acı nəticələri barədə danışılıb.

Qaxda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib.

Mərasimdə iştirak edən rayon icra hakimiyyətinin təmsilçiləri və ictimaiyyət nümayəndələri Qax şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.

İctimaiyyət nümayəndələri Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Yanvar faciəsini doğuran səbəblər və onun acı nəticələri barədə danışılıb, 20 Yanvar xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsi kimi qiymətləndirilib.

Qeyd edək ki, 20 yanvar hadisələri zamanı Qax rayonundan 1 nəfər xəsarət alaraq əlil olub.

AzNews.az