Hadisə Balakən rayonunda qeydə alınıb. Hadisə Balakən rayonunda qeydə alınıb.
  • Mahal
  • 9 Fevral 2019 09:54
  •  2 032

2 qardaş yol qəzasına düşdü - biri öldü, digəri yaralandı

Hadisə Balakən rayonunda qeydə alınıb.

Balakən rayonunda yol qəzasına düşən iki qardaşdan biri ölüb, digəri xəstəxanaya yerləşdirilib.

Hadisə fevralın 8-dən 9-a keçən gecə şəhərin Tülü dairəsi adlanan ərazisində baş verib.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü Elton Azad oğlu Hacıyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Eltonun kiçik qardaşı, 1997-ci il təvəllüdlü Məftun Hacıyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Şəki rayonunda yol qəzası baş verib. (Report)