Hacıqabulda avtomobil kanala aşıb. Hacıqabulda avtomobil kanala aşıb.
  • Mahal
  • 3 Mart 2019 10:45
  •  2 057

Maşın kanala aşdı - Yaralılar var

Hacıqabulda avtomobil kanala aşıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Qəza rayonun Abdulabad kəndində baş verib. Kanalın üzərindəki ensiz körpüdən keçmək istəyən Ağsu rayon sakini Xəyyam Mehdiyevin idarə etdiyi VAZ 2107 markalı avtomobil aşıb. Nəticədə sürücü xırda sümük sınıqları ilə xəsarət alıb. O, Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Avtomobildə olan sərnişin Təzəgül Mehdiyeva yüngül xəsarət alıb, ona ambulator yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son beş gündə həmin körpüdə ikinci avtomobil qəzasıdır.(AZƏRTAC)

AzNews.az