- Mahal
- 12 Mart 2019 11:34
- 1 470
İsmayıllıda 20 yaşlı qadın itkin düşdü

O, ata evindən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.
Məhərrəm Məhərrəmov Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək bacısı, 1999-cu il təvəllüdlü Gültəkin Vaqif qızı Məhərrəmovanın itkin düşdüyünü bildirib. O, müraciətində qeyd edib ki, 1 övlad anası olan G.Məhərrəmova 15 gün əvvəl azyaşlı uşağı ilə birlikdə İsmayıllı rayonu Qubaxəlilli kəndinə ata evinə gedib.
Martın 10-da saat 13-14 radələrində ata evindən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.
G.Məhərrəmova barədə məlumatı olanlardan DİN-in "102" xidmətinə zəng etmələri xahiş olunur.(ona.az)
AzNews.az