- Mahal
- 22 Mart 2019 09:19
- 2 967
Goranboyda yol qəzası: 2 nəfər diri-diri yandı - YENİLƏNİB

Dünyasını dəyişən sərnişinin şəxsiyyəti isə hələlik məlum deyil.
Goranboyda minik maşınının yük maşınına çırpılması nəticəsində yanaraq ölən şəxslərdən birinin kimliyi müəyyən edilib.
Bu, "Ford" markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Zəminə Mustafayevadır.
Dünyasını dəyişən sərnişinin şəxsiyyəti isə hələlik məlum deyil.
01:32
Goranboyda minik maşını yük maşını ilə toqquşub.
Hadisə gecə saatlarında Borsunlu kəndi yaxınlığında baş verib.
İlkin məlumata görə “Ford” markalı minik maşını “Mercedes” markalı yük maşını ilə toqquşub. Qəzadan sonra yanğın baş verib. Yanğın nəticəsində minik maşınında olan sürücü və bir sərnişin köməksiz vəziyyətdə qaldığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. Yanaraq dünyasını dəyişən sürücü ilə sərnişinin şəxsiyyəti dəqiqləşdirilir. (ONA)