Heyvanlardan 12-si tələf olub. Heyvanlardan 12-si tələf olub.
  • Mahal
  • 22 Mart 2019 22:34
  •  2 028

Canavarlar 40-dan çox xırdabuynuzlu heyvanı parçaladı - Zaqatalada

Heyvanlardan 12-si tələf olub.

Zaqatalada canavarlar fermaya hücum edib.

Hadisə rayonun Qaxdan kəndində qeydə alınıb. Canavarların hücumu nəticəsində kənd sakini Rəcəb Məmmədova məxsus 40-dan çox xırdabuynuzlu heyvan parçalanıb.

R.Məmmədov açıqlamasında bildirib ki, hücuma məruza qalan heyvanlardan 12-si tələf olub, qalanları isə yaralıdır.

Qeyd edək ki, canavarlar hücum edən fermada bir-neçə kənd sakininə məxsus 300 baş xırdabuynuzlu heyvan olub. (ONA)