Yola dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb. Yola dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb.
  • Mahal
  • 1 Aprel 2019 17:31
  •  1 172

Ağsu-Xınalıq yolu bağlandı

Yola dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb.

Bu gün səhər saatlarında Ağsu-Xanbulaq avtomobil yolu bağlanıb.

AzNews.az xəbər verir ki, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci km-də yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb:

“Nəticədə yol ilə hərəkət qısa müddətlik məhdudlaşıb. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyinin texnika və canlı qüvvəsi cəlb olunaraq yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa olunub”.

Anar Nəcəfli qeyd edib ki, sözü gedən ərazi aktiv sürüşmə zolağında yerləşir və torpaq uçqununa intensiv yağışlar səbəb olub.

Bahar RÜSTƏMLİ

AzNews.az