- Mahal
- 17 Aprel 2019 22:38
- 2 683
55 yaşlı Oğuz sakini Şəkidə müəmmalı şəkildə öldü

Hüquq-mühafizə orqanları hadisə yerinə gələrək meyitə baxış keçirib.
Oğuz rayon sakini Şəkidə ölüb.
Bu barədə Oğuz rayon Prokurorluğuna məlumat daxil olub.
Məlum olub ki, Oğuzun Xaçmaz kənd sakini, 1964-cü il təvəllüdlü Kərimov Natiq Vəliyəddin oğlu Şəki şəhər Mərkəzi Xəstəxanasına ölmüş vəziyyətdə gətirilib.
Hüquq-mühafizə orqanları hadisə yerinə gələrək meyitə baxış keçirib, lazımi izahatlar alınıb.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır. (trend)
AzNews.az