Salyanda orta məktəb müəlliminin intihar səbəbi açıqlandı

Əgər ayağı sürüşübsə, niyə ayaqqabıları körpüdə qalıb?

Salyanda 35 yaşlı qadının çayda batmasının bəzi təfərrüatı məlum olub.

Rayonun Seyidsadıqlı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisə aprelin 24-də aşxam saatlarında baş verib:

“Aysel həyat yoldaşı ilə bir-birini sevib ailə qurub. 3 uşaq anasıdır. Səhhətində heç bir problem olmayıb. Hər hansı bir maddi çətinliyi də yoxdur, hər tərəfli təmin olunan bir ailədir. Aysel Seyidsadıqlı kənd orta məktəbində müəllim işləyir. Onun bu hərəkəti hər kəsi şoka salıb. Axşam saatlarında onu evdə görməyən ailə üzvləri axtarmağa başlayıb. Kənd sakinləri körpüdə onun ayaqqabılarını görüblər. Axtaranda meyiti çaydan çıxdı. Heç kəs bilmir ki, Aysel intihar edib, ya ayağı sürüşüb düşüb? Əgər ayağı sürüşübsə niyə ayaqqabıları körpüdə qalıb?".

Qeyd edək ki, Salyanda 35 yaşlı qadın çayda batıb. Rayonun Seyidsadıqlı kənd sakini, 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızının Akkuşa çayında meyiti tapılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az