Həkimlər onu həyata qaytara bilməyiblər Həkimlər onu həyata qaytara bilməyiblər
  • Mahal
  • 15 May 2019 10:53
  •  2 523

Qobustanda 33 yaşlı qadın "ACE"dən zəhərlənib öldü

Həkimlər onu həyata qaytara bilməyiblər

Qobustan rayonunda 33 yaşlı qadın zəhərlənərək dünyasını dəyişib.

Rayonun Təklə Mirzəbaba kənd sakini Səbinə Musayeva həyətyanı evində təmizlik işləri apararkən “ACE” kimyəvi yuyucu vasitəsindən istifadə edib. Yaxınları onun özünü pis hiss etdiyini görüb və Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıb. Ancaq xəstəxanada Səbinə Musayevanın həyatını xilas etmək mümkin olmayıb.

Təklə Mirzəbaba kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Səbinə Musayeva uzun zamandır ki, ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş:

“Bu xəstəlik onların nəsilində var. Səbinəyə belə kimyəvi yuyucu vasitələrindən istifadə etməmək məsləhət edilib, amma o, bu məsləhətə qulaq asmayıb. Səbinə ailəlidir, iki uşaq anasıdır. Həyat yoldaşı dünyasını dəyişib”.

Bahar RÜSTƏMLİ

AzNews.az