Şəkidə bir gündə üç qadın ağacdan yıxıldı

Hər üç faktla bağlı araşdırma aparılır

İyunun 12-si axşam saatlarında Şəki rayonunun Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Gülcahan Nağıalı qızı Ağaməmmədova, Fazıl kənd sakini, 1969-cu il təvəllüdlü İlhamə Rəcəbəli qızı Məmmədova və Şəki şəhər sakini, 1974-cü il təvəllüdlü Nəzakət Müseyf qızı Həziyeva gilas ağacından yıxılıblar.

Eyni gündə, müxtəlif saatlarda ağacdan yıxılan sakinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Tibb müəssəsindən bildirilib ki, müayinə zamanı hər üç qadının yaşadıqları ünvanda gilas yığan zaman ağacdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması məlum olub. Yaralılardan G.Ağaməmmədovanın və N.Həziyevanın müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. İ.Məmmədovanın xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az