Kənd sakinləri rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər Kənd sakinləri rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər
  • Mahal
  • 25 İyun 2019 10:07
  •  3 246

Ölən yaxınlarının ehsanı kimi iki küçəni təmir etdilər - FOTOLAR

Kənd sakinləri rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər

Bu günlərdə Şəmkirin Dəllər Cəyir kəndində vəfat edən Məmmədov Zöhrab Yaqub oğlunun yaxınları mərhumun ehsanına kənd sakinləri üçün xeyriyyə işləri həyata keçiriblər.

Dəllər Cəyir kənd İƏD-si üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kəndin mərkəzi küçəsi və mərkəzi küçənin ətrafında iki küçə qum-çınqıl tökülərək təmir edilib, kənd sakinlərinin istifadəsinə verilib.

Şəmkir Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, kənd sakinləri Şəmkir rayonunda belə bir təşəbbüs irəli sürdüyü üçün rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.(qafqazinfo.az)



AzNews.az