• Mahal
  • 1 İyul 2019 10:04
  •  573

“Gələcək üçün” ümumrespublika marafonu keçirilir

Tədbirin məqsədi vətəndaş öhdəliyi və prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilən "Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü Gəncə şəhərində Aqrar İnkişaf Könüllüləri İB-nin üzvləri ilə keçirib. "Gələcək üçün” ümumrespublika marafonunun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir.

AzNews.az məlumat verir ki, tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə qonaqları və tədbir iştirakçılarını salamlayaraq nitqində bildirib ki, rəhbəri olduğum marafonun məqsədi idarəetmə sisteminin modernləşərək vətəndaş yönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına
çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkəmizdə insan kapitalının inkişafına xidmət
edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan Bakı şəhərinin ardınca Gəncə
şəhərində təlimlərin davam etdirilməsi olduqca aktualdır.

"İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov iki gün davam edən təlim modulunda
iştirakçılara interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi,
karyera quruculuğunda təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai
məsuliyyət proqramını tədris edib.

Qeyd edək ki, "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial
mövzuları əhatə edən təlimlər təkcə paytaxt Bakıda deyil, o cümlədən Azərbaycanın bölgələrində də
keçiriləcək.

Səidə Vahid
AzNews.az

image description